Yeni Dost

Yeni Dost

Bu gün səhər yeməyindən sonra məhəlləmizə çıxdım. Oradakı dostlarıma dedim ki, “uşaqlar, gəlin gizlənqaç oynayaq”. Biz yığışdıq, amma Ayşən biraz gecikdi çünki yanında bir qız var idi. Ayşən ona zorla gəl dediyinə görə gecikdi. Qızdan “adın nədir?” soruşduma, amma cavab vermədi. Ayşən onun eşitmə məhdudiyyətinin olduğunu dedi. Mən isə “Aaa” dedim. Ayşəndən onun adının nə olduğunu soruşdum. O da adının Elif olduğunu dedi. Ayşəndən bəs onunla necə danışa biləcəyimi soruşdum. Ayşən dedi ki Elif işarət dili ilə danışır. Mən də dedim ki, “ axı biz işarət dilini bilmirik”.Sonra biz fikirləşdik və Ayşənin anasını çağırdıq. Elnarə xala işarət dilini bilirdi. O bizə kömək etdi və Elifə dedi ki dostların səninlə oynamaq istəyir. Qızın gözü gülümsədi. Biz birlikdə oynadıq. Elif çox şən və cəld idi. Mən bildim ki, sağlamlıq məhdudiyyəti olan uşaqların bizdən heç bir fərqi yoxdur. Sadəcə onlarla anlaşmalıyıq. O gündən sonra mən də onun anası kimi Elif ilə işarət dili ilə danışdım və onunla dostluq etdim. Yeni dost tapmağıma çox sevindim.

Müəllif: Sibel Həsənzadə (10 yaş)

 

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Fatimənin hekayəsi
Ayı və Balıq
Daun Sindromu
Orxanın hekayəsi
Fatimənin hekayəsi
Ayı və Balıq
Daun Sindromu
Orxanın hekayəsi