Uşaq Serebral İflici

Uşaq Serebral İflici Nədir?

Dölün ana bətnində, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə MSS-in (mərkəzi sinir sistemi) müxtəlif səbəblərdən zədələnməsi nəticəsində yaranan bir haldır. Adətən, erkən uşaqlıq dövründə aşkarlanır və hərəkət pozuntuları ilə xarakterizə olunur. Hərəkət pozuntuları dedikdə isə iflic, əzələlərin boşalması, tarazlıq və nitq pozuntuları nəzərdə tutulur.

USİ-nin Əsas Əlamətləri

Serebral iflicli uşaqların əksəriyyəti bu xəstəliklə doğulur və bu xəstəlik uzun illər davam edir. USİ-nin erkən əlamətlərini uşaqda 3 yaşadək müəyyən etmək mümkündür. Bu  ilkin əlamətlər beynin zədələnmiş dərəcələri və serebral iflicin formaları, beyində zədələnmə ocağının lokalizasiyasından asılıdır. Başlıca ilkin əlamətlər aşağıdakılardır:

  • Qidalanmada çətinlik;
  • Oyanıqlıq, əsəbilik;
  • 5 aylığında başını saxlaya bilməməsi;
  • Hərəkət bacarıqlarının inkişafında ləngimə;
  • Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi;
  • Oyuncaqlara tərəf dartınmaq;
  • Uşağın qeyri-iradi hərəkət etməsi;
  • Ana ilə kontakta girməmək;
  • Ana südündən imtina etmək;
  • Müəyyən vaxt çərçivəsində uşağın bir vəziyyətdə donub qalması və ya qeyri-ixtiyari hərəkətlər etməsi.

USİ-nin Əsas Dərəcələri

Beynin zədələnmə dərəcəsindən asılı olaraq xəstəliyin simptomları meydana çıxır ki, bunlar da yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrdə özünü göstərir. Zədələnmələrin daha çox 3 səviyyəsi fərqləndirilir:

  1. Zəif dərəcəli serebral iflic zamanı uşaq davranış problemləri əhatəsində hərəkətlər edə bilir.
  2. Mülayim dərəcəli serebral iflic olan uşaqlar gəzərkən axsayır. Belə uşaqların hər hansı tutacağa və ya əsaya ehtiyacı olur.
  3. Daha kəskin serebral iflic uşağın bütün fiziki fəaliyyətinə mənfi təsir göstərə bilir.

USİ-nin yaranma səbəbləri

  • Hamiləlik dövründə ananın infeksion xəstəliklərə tutulması(məxmərək və s.);
  • Anada qan uyğunsuzluğu nəticəsində əmələ gələn sarılıq;
  • Ananın zərərli vərdişləri (narkomaniya, siqaret, spirtli içkilər);
  • Anada şəkərli diabet, qan azlığı, vitamin çatışmazlığının olması;
  • Ananın yaş amili (18-dən aşağı və 35-dən yuxarı olduqda);
  • Doğuş zamanı dölün asfiksiyası (oksigen çatışmazlığı), doğuş zədəsi, gecikmiş doğuşlar;
  • Erkən doğuş-uşağın çəkisi 1000 qramdan az olduqda;
  • Doğuşdan sonra infeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarəti, beyin infeksiyaları, suda boğulma, məişət zəhərlənmələri;
  • Birincili və ikincili ensefalitlər-qızılca, difteriya, skarlatina;
  • Kəllə-beyin travmaları;


    Serebral iflic hallarının 30%-nin yaranma səbəbi məlum deyil.

Bloqlar

"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar
Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!
Daun sindromlu uşaqlarda yuxu problemi
Autizm Uğurumuza əngəl deyil!
Heç bir əngəl özümə olan inamıma əngəl ola bilməz!
Azərbaycanda autizmlə bağlı hansı səmərəli addımlar atıla bilər?

Bloqlar