Bir gün müəllimimiz məktəbdə dedi:
-Uşaqlar, başqa siniflərlə ox atma yarışı keçiriləcək kim istəyirsə iştirak edə bilər.
O yarışa Sima da qatıldı. Başqa sinifdən olan uşaqlar bizə dedi:
-Siz qoşulsanız da qalib ola bilməyəcəksiniz. Sima isə heç qalib ola bilməyəcək deyib gülüşdülər. Bu sözü eşidən Sima çox ağladı və qoşulmaq istəmədiyini dedi.
Biz dostları olaraq Simanı fərqli deyil bizdən biri kimi qəbul etmişik. Biz Simaya dedik:
-Sima, biz sənə inanırıq, sən bu yarışa qatılmalısan, sən çox bacarıqlı qızsan.
Sima göz yaşlarını silib bizə baxaraq dedi:
-Sizcə mən qalib ola bilərəm?!
Bu vaxt isə biz dedik:
-Əlbəttə, çünki sən çox gözəl ox atmağı bilirsən. Bu yarış elə sənin üçündür.
Nəhayət, yarış günü gəldi. Bu yarışda ən çox ox atan və yarışın birincisi Sima oldu. Simaya lağ edən o uşaqlar isə çox məyus oldular və yarış bitdikdən sonra hamısı gəlib Simadan üzr istədilər.
Sima fərqli görünüşə sahib olsa da o bizdən biridir. Və biz hamımız dost olduq. Sima yarışın qalibi olaraq çox xoşbəxt idi.
Müəllif: Məlahət Qarayeva