Orxanın hekayəsi

Orxanın hekayəsi

Biri var idi biri yox idi. Balaca bir şəhərdə bir oğlan yaşayırdı. Onun adı Orxan idi. Orxan həyatı sevən, şən, mehriban, çox hərəkətli bir oğlan idi. Bir gün Orxan qəzaya düşdü, Orxanın çox çətin və əziyyətli günləri başladı. Orxanın sağ çıxması möcüzə idi. Orxan gözlərini bir neçə həftədən sonra xəstəxanada açdı. Həyat ona yeni möcüzə vermişdi. O sağdı. Lakin Orxan ayaqlarını hiss etmirdi. Həkim ona demişdi ki, daha yeriyə bilməyəcəksən. Orxan uzun müddət bununla barışa bilmədi. Orxan bir gün anladı ki, əgər ağlayaraq həyata üsyan etsə o həll yolunu tapa bilməyəcək. Uzun müddət evdən bayıra çıxa bilmədi. Orxanın yanına artıq heç kim gəlmirdi. Dostlarının sayı azalmışdı. Çölə çıxa bilmirdi. Lakin o bir gün bunları unutmağı, dostlarla qaynayıb qarışmağı qərara alır. Arzuları əngəl tanımayan balaca oğlan kitablar, bloglar yazmağa, videolar çəkməyə başlayır. İndi o özünü xoşbəxt hiss edir. Xoşbəxt olmaq üçün ayaqların olması vacib deyil.

Müəllif: Rəhimli Ayhan

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Fatimənin hekayəsi
Ayı və Balıq
Daun Sindromu
Nemo
Fatimənin hekayəsi
Ayı və Balıq
Daun Sindromu
Nemo