Nicat adlı bir oğlan vardı. Ancaq Nicat başqa oğlanlardan fərqli idi. Çünki o, görmə qabiliyyətindən məhrum oğlandır. Onun dostları da vardır. Dostlarının bəziləri ona “kor” deyirdilər. Onlar Nicatı gülünc vəziyyətə salırdılar. Nicat isə onları görmədiyi üçün çox üzülürdü. Bir gün Nicatın yadına bir şey düşdü. Dünən anası Nicata “Brayl əlifbası” haqqında danışmışdı. O, sıxılmamaq əvəzinə anasından iynə və dəftər istədi. Anası onun istədiyi ləvazimatları gətirdi. Sonra anasından ona brayl əlifabasını öyrətməsini xahiş etdi. Nicat bir müddətdən sonra brayl əlifbasını öyrəndi. Sonra Nicat iynə və dəftəri götürüb brayl əlifbası ilə yazı yazmağa başladı. Yazdıqdan sonra Nicat əli ilə nöqtələrin yerini müəyyənləşdirdi və yazdığı cümləni başa düşdü. Nicat: “Kaş ki mən də görə bilsəydim”- dedi.
Bir gün Nicatın dostları yenə onu gülünc vəziyyətə salırlar. Bu zaman qıraqdan bir kişi onlara dedi:
-Uşaqlar siz niyə dostunuzu gülünc vəziyyətə salırsınız? Axı o da sizin kimi uşaqdır. İndi düşünün ki, siz də görmə məhdudiyyəti olan bir uşaqsız və sizi də birisi gülünc vəziyyətə salsa sizin də qəlbiniz qırılar. Ona görə də heç vaxt heç kimi gülünc vəziyyətə salmayın!
Bunu deyib həmin kişi getdi. Bir müddətdən sonra uşaqlar Nicatdan üzr istədilər. Nicat isə güldü və dedi:
-Mənim əziz dostlarım, siz nə qədər məni gülünc vəziyyətə salsanız da mən sizi çox sevirəm. Buna görə üzr istəməyinizə ehtiyac yoxdur. Çünki biz dostuq!
Müəllif: Orucova Aysun (10 yaş)