Muradın Həyat Eşqi

Muradın Həyat Eşqi

– Ay bu gecə də çox parlaqdır. Necə də gözəl görünür. İşığı olmasa  idi indi qaranlıqda qalmışdıq. Əslində gördüyümüz ayın öz işığı deyil. Günəşin ay üzərindən əks olunan işığıdır. Biz gecələr də günəş işığı ilə aydınlanırıq.

– Yaxşı Murad bu günlük sənin kosmik biliklərin kifayət edir. Gəl gedək.

Həyət evlərinin arxası yay fəslində həmişə belə yığıncaqlara şahidlik edirdi. Murad və Ayxan uşaqlıqdan çox yaxın dost idi. Onlar birlikdə oyunlar oynayır, məhlənin ortası ilə uzanan uzun yol boyu qaçırdılar. Bu qaçdı-tutdu oyunlarına məhəllənin bütün uşaqları qatılırdı. Murad həmişə sonuncu olmasına baxmayaraq belə oyunlarda ən çox əylənən o olardı. Hamı irəlidə bərk qaçarkən o ayağını sürüyərək yola davam etməyə çalışar, öz məhdudiyyəti ilə uşaq yaşından barışmış gülərdi. Kədərini anlmaq üçün gözlərinə baxmaq kifayət edirdi ağrısını bir anlıq içində hiss etmək üçün.

Anadangəlmə məhdudiyyət ilə dünyaya gələn Murad sağ ayağını normal işlədə bilmirdi. Addımlarını atarkən çox əziyyət çəkirdi. Qaçmaq isə onun üçün əsl zülm idi. Ancaq o, bu oyunlarla yaşadığını hiss edirdi və çox xoşbəxt olurdu. Hamının istidən birtəhər olduğu bir anda o, əli ilə gözlərini tutub baxar, yenidən var gücü ilə qaçmağa daha doğrusu digər insanların normal gəzinti sürətinə çatmağa çalışardı. Həyat bəlkə də Muradın mübarizəsi idi. İnsanlar da Murad kimi həyat ilə mübarizə aparır, bəzən də geridə qalsalar da sonda finiş xəttinə çatmaq üçün var gücləri ilə addımlayırlar.

Yay fəsli idi. Sakitçilik idi. Birdən bu sakitçiliyi uşaqların qışqırıq gülüşləri pozdu. Məhəllənin bir başından göründülər. Yenə qaçırdılar, finiş xəttinə çatmaq üçün yarışırdılar. Ayxan yenə də irəlidə idi. Ardınca isə Fariz, Tofiq, Uğur gəlirdilər. Onların arxasında isə Ceyhun və Rüfət idi. Nəhayət, Murad Səriyyə xalanın evinin arxasından görünməyə başlamışdı. Aralarında bu qədər uzun məsafə olmasına baxmayaraq Murad yenə də əl çəkmir və qaçmağa çalışırdı. İstidən bir təhər olmuşdu. Uşaqların dili damağı qurumuşdu. Elə bu anda Murad bir anda büdrədi və yıxıldı. Yıxılarkən çıxardığı qışqırıq səsi uşaqları dayanmaöa məcbur etdi. Uşaqlar yerlərində donub qaldılar. Bir neçə saniyə sonra isə hamısı özünü toparlayıb Muradın başının üstünü tutdular. Hamısı susmuşdu. Murad da susmuşdu. Baxışlarını qaçırırdı. Ancaq nəyisə gözləyirdi.Üzü tər içində idi. Gözləmədiyi şey isə elə həmin anda baş verdi.

– Ha, ha, ha. Sənə demişdik axı qaçma. Heç qaça da bilmirsən, ayağını sürüyürsən.

– Bəsdir Rüfət sənə demişdim ki, bu cür danışma.

– Yalan demirəm ki. Normal gəzə bilmir amma durub bizlə qaçmaq istəyir. Ha, ha, ha.

Ayxan isə eşitdiyi sözlərdən dəhşətə gəlmişdi. Uşaqların öz aralarındabu qədər qəddar olmağı onu məyus etmişdi. Sanki indidən böyümüş, öz məsumluqlarını itirmişdilər. Dəhşət idi. İnsan olmaq bu idi? Yaxşılıq və pislik arasında gedib gəlmək. Qəlb qırmaq ilə könül almaq arasındakı yolları addımlamaq  idi.

Ayxanın ona uzanan əli Muradı sevindirmişdi. Muradı ayağa qaldırdı, birlikdə təmizlədilər və əllərini bir-birinin çiyninə keçirib getdilər. Öz aralarında nə isə danışıb gülüşüb getdilər. Dostluq bəlkə də belə bir şey idi. Yıxılmağından yaxud ayaqda olmağından asılı olmayaraq bütün -məhdudiyyətləri ilə bir-birini qəbul etmək. Təmənnasız dəstək olmaq, həqiqətən dost ola bilmək. Murad və Ayxanın hekayəsini heç vaxt unutmayacam. İndi harada nə edirlər bilmirəm ancaq ümid edirəm ki, o çiyin-çiyinə addımlayan uşaqlar yenə haradasa birlikdə ayı seyr edirlər.

Müəllif: Fərid Cəfərli

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Əngəlsiz düşüncə dünyanı xilas edəcək
İbişin son sözü
Ziza və Edi
Ovçuluğu Sevən Sima
İbişin son sözü
Ziza və Edi
Ovçuluğu Sevən Sima