Müəllimlər tərəfindən “yaradılan” bullinq

 

Müəllimlər tərfindən “yaradılan” bullinq barədə məlumat almadan əvvəl, əlbəttə ki, biz bullinqin nə olduğunu bilməliyik.

Bullinq nədir?

school-friend-bullying-sad-boy-school-corridor_107420-85198

  1. Güc tətbiq edərək kimisə döymək və ya kimisə nəsə etməyə məcbur etmək.
  2. Bullinq sosial problemdir.
  3. Bu məktəblərdə, universitetlərdə, kurslarda və qruplarda tətbiq edilə bilər.
  4. Bullinqin qurbanları şagirdlər, uşaqlar, müəllimlər, yeniyetmələr, hətta qoca insanlar ola bilər.

Bəlkə də Sizə maraqlıdır ki, necə dünyagörmüş bir insan bullinqə uğraya bilər. Səbəb isə sadədir. Gəlin hər şeyi ən başdan detalları ilə öyrənək.

 

Bullinqin əsas 3 növü var:

  1. Fiziki bullinq
  2. Psixoloji bullinq
  3. Kiber-bullinq

 

Əgər siz kiməsə fiziki işgəncələr verirsinizsə, döyürsünüzsə bu fiziki bullinq sayılır. Sizin sadə bir sözünüz qarşınızdakını ruhdan salarsa, ona psixoloji işgəncələr verərsə bu psixoloji bullinqdir. Kiber-bullinq isə İnternet, e-poçt, SMS vasitəsi ilə həyata keçirilən bullinq növüdür. Bullinqdə 3 şəxs iştirak edir:

  1. Qurban
  2. Aqressor
  3. Şahid

Beləliklə, hətta dünyagörmüş insanlar da gülüş nöqtəsinə çevrilərək psixoloji bullinq yaşaya bilər.

 

5.Bullinqi uşaqlar, yeniyetmələr, müəllimlər, şagirdlər, qoca insanlar, hətta valideyinlər yarada bilər.

Sizə valideyinlərin uşaqlarına qarşı yaratdıqları bullinq maraqlı gələ bilər. Və hətta bunun necə baş verdiyini düşünə bilərsiniz. Və ya müəllimlər şagirdlərə qarşı bullinqi necə törədə bilər? Amma bu gün biz valideyinlərin törətdiyi bullinqdən yox, məhz müəllimlərin şagirdlərə qarşı törətdiyi bullinqdən danışacağıq.

İndi isə, bullinq barədə yetərincə məlumatlı olduqdan sonra, keçid alaq mövzumuza.

Müəllimlər tərəfindən bullinq

Daha öncə də qeyd etdiyim kimi müəllimlər belə şagirdlərinə bullinq edə bilərlər. Bu nə qədər qəribə və inanılmaz səslənsə də günü bu gün hətta ən inkişaf etmiş ölkələrdə də bu cür hallara rast gəlinir. Bu zaman bir sual yaranır: “Bəs əgər müəllimlər şagirdlərinin inkişaf etməyini, onların təkmilləşməsini istəyirlərsə, onlara hər zaman dəstək olmaq, düz yolu göstərmək istəyirlərsə bullinqi niyə yaradırlar? Problem nədir?”.

Sualın cavabını tapmaqda çətinlik çəkə bilərsiniz, amma cavab çox sadədir. Müəllimlər uşaqlara bullinqi bilmədən yaradırlar. Yəni bunu etdikdə müəllimin uşağın keçirdiyi hisslərdən xəbəri olmur. Əlbəttə ki, bunun  uşağa ağır tramva yaşada biləcəyini, onu ruhdan sala biləcəyini və bunun bullinq olduğunu bilsəydilər heç zaman belə etməzdilər. Müəllimlər düşünürlər ki, bu uşağa tərbiyə verməyin, ona düzgün yol göstərməyin ən yaxşı yoludur.

Beləliklə, müəllimlərin uşaqlara niyə bullinq etdiyini bildik. İndi isə mən sizə müəllimlər tərəfindən bullinq “yaradan” bir neçə situasiyalardan danışmaq istəyirəm. Əlbəttə ki, bu hallar həddindən artıq çox və bir- birindən fərqlidirlər, buna görədə biz onların hamısı barədə danışa bilmərik. Buna görə də bu gün biz yalnız 3 situasiyanı araşdırıb analiz edəcəyik.

 

  1. versiya
  • Nə vaxt ki, müəllim yeni şagirdi sinifə təqdim etmir.

Nəticələr:

Başqa şagirdlər bu təzə gələni “ögey insan” kimi qəbul edirlər (ögey-bacı, ögey-qardaş kimi)

Bu situasiyada başqaları kimi nəticələr xoşagələn deyil. Bu zaman uşağın psixoloji durumu ağırlaşa bilər, uşaq psixoloji travma yaşaya bilər, özünə olan inamını itirə bilər. Uşaqlar bu zaman yeni gələnin onların sinifini “işğal etdiyini” düşünürlər. Əlbəttə ki, bu fikir yanlışdır və xoşagəlməzdir. Məsələ isə burasındadır ki, bu fikri məhz müəllimə yaradır. Düzdür, çox hallarda özü bilmədən bunu edir.

Çox lazımsız bir məqam kimi görünə bilər, amma yetərincə vacib olduğuna əmin olduğunuza inanıram.

 

  1. versiya
  • Nə vaxt ki, müəllim fikirləşir ki, yeni gələnin problemləri var və başqaları ilə ortaq dil tapa bilmir.

Nəticələr:

Müəllim yeni gələnin üstünə qışqırmağa başlayır və başqa uşaqlar özlərini düzgün və çox şad hiss edirlər.

Uşaqlar düşünürlər ki, əgər müəllim onların fikri ilə razıdırsa, deməli onlar düzgün edirlər. Əlbəttə ki, başqa hallarda olduğu kimi burda da müəllim uşaqların bullinqi artırmasına yardımçı olur. Ən böyük səhv isə müəllim bullinqin qarşısını almaqdansa onu daha da artırır. Müəllim bullinqə məruz qalan uşağın üstünə qışqırdıqca başqa uşaqlar da onu daha çox əzməyə başlayırlar.

 

  1. versiya
  • Nə vaxt ki, müəllim başqalarının uşağa qarşı etdikləri bullinqə fikir vermir.

Nəticələr:

Qurban psixoloji travma və ya psixoloji, fiziki bullinq yaşamağa başlayır.

Müəllim bu halda uşağın bullinqə məruz qaldığını görüb buna fikir vermir və ya şagirdi ona bullinqə məruz qaldığını danışarkən bunu qəbul etmir. Hər iki halda uşaq pis vəziyyətdə olur, amma bu onun günahı deyil. Çox vaxt bu situasiyada müəllim “Əşi, uşaqdırlar. Bu gün dalaşırlar, sabah barışarlar.” deyərək uşaqların sadəcə dalaşdığını zənn edir. Əslində bu dava-dalaş deyil, təcavüzə uğramaqdır. Müəllim düşünür ki, sabah hər şey düzələcək. Lakin heç də həmişə bu belə olmur. Ətrafda kiminsə dəstəyi olmadan uşaq zərbələrə qalib gələ bilmir. Və ya müəllim düşünür ki, “Bu mənim işim deyil, özləri bilərlər”. Düzdür bəzi hallarda bu fikir doğrudur, amma məhz bu halda o yanlışdır ki, müəllim böyük olduğu üçün sözü keçərlidir.

Bullinqə YOX deyək!

Daha öncə də qeyd etdiyim kimi bullinq sosial problemdir və biz bacardığımız qədər onu aradan qaldırmağa çalışmalıyıq. Bəs biz bunu necə etməliyik? Əgər mən müəllim deyiləmsə, bullinqi dayandırmağa necə dəstək ola bilərəm? Bullinqi dayandırmağa haradan başlamaq lazımdır?

Tezliklə biz bu suallara cavab tapacağıq. Müəllimlərin necə bullinqi dayandıra biləcəkləri barədə danışmadan əvvəl, gəlin bullinqi ümumiyyətlə necə dayandıra biləcəyimiz barədə danışaq.

  1. Kiminsə kiməsə bullinq etdiyini görəndə və ya kimsə sizə bullinqə uğradığını danışanda onu diqqətlə dinləyin.
  2. Başqalarına öz mərhəmətiniz və qayğıkeşliyiniz ilə nümunə olun. Qoy başqaları sizə baxıb dəyişsin.

Müəllimlər necə uşaqlara qarşı bullinqi dayandıra bilər?

Çatdıq mövzumuzun əsas hissəsinə. Aşağıda müəllimlərə bullinqi dayandırmağa kömək edəcək açar sözlər qeyd olunub. Mən özümdə bulling yaşadığımdan təzə gəldiyim sinifdə düşünürəm ki, bunları hər müəllim bilməlidir. Bu cür biz kədərli situasiyalardan qaça bilərik. İstərdim ki, hər bir müəllim bunlar haqqında məlumatlı olsun.

  1. Onlara dost olmağı öyrədin
  2. Onlara bullinq etməməyi izah edin
  3. Kimsə bullinq edəndə və ya bullinqə məruz qalanda diqqət yetirin
  4. Bu mövzu üzərində onlarla tapşırıqlar ilə işləyin
  5. Şagird və ya tələbələrinizə bu cür problemləri həll etməkdə kömək edin
  6. Fikirləşməyin ki, onlar uşaqdırlar.

 

Müəllif: Dunay Mahmudova

 

Mənbə: https://www.stopbullying.gov/bullying/what-is-bullying

https://www.uopeople.edu/blog/definition-of-bullying/

https://www.goodreads.com/work/quotes/68161863-teachers-just-  don-t-understand-bullying-hurts

https://ru.wikipedia.org/wiki/Травля

 

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar
Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!
"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar