Mənim başqa qalaktikalı dostum

Mənim başqa qalaktikalı dostum

Bildiyiniz kimi bir çox qalaktikalar mövcuddur. Bunlardan biri də Andromedadır. Hamının bildiyi kimi bizim qalaktika olan Süd Yolunda (Yer planetində) həyat mövcuddur. Bu yaxınlarda Andromedada da həyat mövcud olub. Mən isə onlarla ilk əlaqə qurmuş insanam. Mənim yaratdığım radiodalğalar çox uzun məsafəyə çatdı. Qəribə səslər eşidirdim, kamera quraşdırmışdım. Qəribə insancıqlar gördüm. Onlar da bizim kimi qadın və kişi cinslərinə bölünmüşlər. Hər şeyləri bizə bənzəyirdi, amma bir şeydən başqa. Onlar çox qısaboylu idilər. Hətta bizim tanıdığımız sindrom olan daun sindromu onlar arasında mövcud idi.

Orada bir adamcıqla dostlaşmışdım. Onun adı Qobbindir. Mən onunla tanış olanda onun çox mülayim, həssas olduğunu hiss etdim. Ən maraqlısı isə odur ki, o, balaca uşaq kimi saf və daim gülərüz idi. Hətta o qədər gözəl qəlbli idi ki, onu “balaca mələk dostum” adlandırırdım. Mən onunla tanış olanda daun sindromu haqqında heç bir məlumatım yox idi. Onunla dostluq edə-edə bu haqda mütailə edib araşdırmalar apardım. Başa düşdüm ki, onun belə saf uşaq kimi gözəlqəlbli olması həmçinin xarici görünüşündəki xüsusiyyətlər (kiçik qulaqları, köklüyü) onun sindromu ilə bağlıdır.

 

Bu gün o mənə dedi ki, onu müəllim olmağa müsabiqəyə çağırıblar. Belə ki, onlarda da müxtəlif peşələr mövcud idi. O, çox qorxurdu. Onu həvəsləndirdim.

-Niyə qorxursan?! Burada nə var ki?! Sən mənə o qədər şeylər öyrətmisən. Sən müəllimliyin peşəkarısan!

Qobbin sözümə qulaq asıb müəllimlik peşəsində çalışdı. Bir müddətdən sonra mənə zəng etdi və sevinclə dedi:

-Aloo, Alo! Qəbul, qəbul! Bu inanılmazdır. Mən o qədər yaxşı işlədim ki, məni mükafatlandırdılar.

Biz sevindik və Qobbin başa düşdü ki, daun sindromu hər hansı bir peşədə fəaliyyət göstərməyə mane ola bilməz.

Qeyd: Andromeda qalaktikası mövcuddur. Biz onu çox kiçik görürük, çünki o təxminən 21 miliyon km uzaqdadır.

Müəllif: Mirzəyeva Zəhraxanım (10 yaş)

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Əngəlsiz düşüncə dünyanı xilas edəcək
Muradın Həyat Eşqi
İbişin son sözü
Ziza və Edi
Muradın Həyat Eşqi
İbişin son sözü
Ziza və Edi