İskəndər

İskəndər

1430-cu ildə Qayır kəndində İskəndər adlı uşaq doğuldu. O 9 ayınadək heç bir əşyaya toxunmamışdı. İlk toxunduğu əşyalar isə ox və yay olmuşdu. İskəndər 2 aylıq olarkən atası Roma kralı tərəfindən qılıncla vurulub şəhid oldu. Ona anası və nənəsi, babası silahlara əl vurmağa icazə vermədilər. Lakin o gizlicə ox atırdı. Gələcəkdə nələr olacağını 4 yaşlı uşaq biləməzdi.

Bir gün İskəndər Roma kralını görüb atasına olanları xatırladı. Kralın yanındakı 2 əsgərin başına daş atdı. Onları bayıldıb kralı taxta ilə vurub onu yaralandırır. Kral taxtanı İskəndərin əlindən alır və başına elə bir şapalaq vurur ki, yazıq İskəndərin gözləri görməməyə başlayır. 30-35 dəqiqəyə dostları onu tapıb evinə apardılar.

Artıq İskəndər 12 yaşında idi. O, dəyişməmişdi. Hətta onu oğurlayana Roma kralı 10.000 qızıl qoymuşdu. Bunu çox adam etmək istəsə də İskəndərin tələlərinə düşürdülər.

Bir dəfə İskəndəri qaçırdılar. İskəndər görmürdü, amma eşidirdi və hiss edirdi.

– Qardaşlar mən sizin nəyinizə lazımam? Deyə bilərsiniz? Zəhmət deyilsə

– Yaxşı İskəndər! Deyərik. Sən lazım deyilsən. Pul, qızıl lazımdır bizə.

– Olsun. Mən onsuzda işimi həll edəcəm.

– Belə əlin bağlı edərsən hər şeyi!

İskəndər elə qəzəbləndi ki, qalın kəndir cırıldı, əlləri açıldı. Yayını götürüb onların başına vurdu. Arabadan tullandı qaçdı.

Yolda 3 uşağın iplərlə bağlanıb tələyə salındığını hiss etdi və onların qışqırıqlarını eşitdi. Yayını gərdi oxunu ipə atdı. İp kəsildi, uşaqlar azad oldu.

– Uşaqlar, hər zaman diqqətli olun. Bunları dedi və getdi.

Uzun yoldan sonra doğma kəndinin qoxusu burnuna gəldi. Elə bil gözləri açıldı. Lakin bu qoxunun yanında yanğın iyi və anasının, kəndlilərin səsi vardı. Onlar kömək istəyirdilər. Orada Roma kralı da var idi. Məqsədi İskəndəri öldürmək idi.

– Vay, vay kim gəldi?! Qorxaq İskəndər!Ailən və dostların atan kimi öləcəklər!

– Aaaaa! Atamın adını çəkməyə belə layiq deyilsən. Ailəm və dostlarımı rahat burax. Daha bir sözüm də var. Mən Allahdan başqa heç kimdən qorxmuram!

Ardı var…

Müəllif: Aslanov Sadiq (11 yaş)

 

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Fatimənin hekayəsi
Ayı və Balıq
Daun Sindromu
Orxanın hekayəsi
Fatimənin hekayəsi
Ayı və Balıq
Daun Sindromu
Orxanın hekayəsi