“Limitsiz Gələcək” veb platforması “Ritual Mobil Teatr Laboratoriyası” ilə birlikdə 8-12 yaşlı uşaqlar üçün “İnklüziv Hekayə” layihəsi əsasında təlimlər həyata keçirdi. 5 günlük təlim sessiyası zamanı tipik uşaqlara interaktiv izahlar və maraqlı oyunlarla – Autizm sindromu, Daun sindromu, Fiziki əlillik (Uşaq Serebral İflici) haqqında təlimçilər tərəfindən məlumatlar verildi. Eyni zamanda inklüziv mövzuların hekayələşdirilmə texnikaları öyrədildi və sonda hər bir iştirakçı təlim müddətində qazandığı biliklərlə öz inklüziv hekayəsini yaratdı.

Hekayələr

Uşaqların əl işləri