İbişin son sözü

İBİŞİN SON SÖZÜ

        Mən doqquzuncu küçədə yaşayıram. Düz küçənin ortasında, bizim evdən bir az aşağıda isə bir görmə məhdudiyyətli oğlan qalır. Onun adı İbaddır. Biz onu qısaca İbiş çağırırıq.

Düzünü desəm, o görmə məhdudiyyətlidir deyə, bizdən başqa bütün uşaqlar onu lağa qoyurlar və onunla pis davranırlar. Çox hallar olub ki, mən görmüşəm ki, onu lağa qoyduqlarına görə o ağlayır. Amma buna baxmayaraq o çox gözəl nağıllar yazır. Bir dəfə o bizə dedi ki, yeni nağıl yazmaq istəyir, amma nə haqqında – bunu demədi.

Sabahı gün, biz İbişgilə getdik. Onların evlərinin qabağında polis və həkim maşınları dəyanmışdı. İbişin anası ağlayırdı.Uşaqlar nə baş verdiyini başa düşmədilər. Mən bir az sağda onların qonşusunu gördüm və tez soruşdum ki, “Nə baş verir?!”. O mənə dedi:

-Bu səhər, buradan keçib işə gedəndə qapının ağzında İbadı asılmış, ölü vəziyyətdə gördüm.

Mən bu sözləri eşidəndə dəhşətə gəldim.

-Bəs, niyə?

-Bilmirəm. Amma, onun cəsədinin yanında çoxlu vərəqlər var idi. Dedilər ki, o özü haqqında nağıl yazıb. İndi deyirlər o kor olduğuna görə özünü asıb. Amma fikirləşirləşirlər ki, kimsə vadar eləyib. Nə bilim. Əstəğfürullah… Allah iraq eləsin.

Cəsədi yerindən tərpətmirdilər, şübhələnirdilər ki, bunu kimsə edib.Cəsədin yanında yerdə bir vərəq var idi, üstündə isə yazılmışdı:

“Axı görəsən mən niyə beləyəm?”

Mən başa düşdüm. Görmə məhdudiyyətli olmaq onun seçimi deyil, ona görə də biz görmə məhdudiyyətli olan insanlar ilə yaxşı davranmalıyıq. Düzdü, onunla pis davranıblar və onu buna vadar ediblər, amma niyə?

Müəllif: Atilla Mahmudov (11 yaş)

 

 

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Əngəlsiz düşüncə dünyanı xilas edəcək
Muradın Həyat Eşqi
Ziza və Edi
Ovçuluğu Sevən Sima
Muradın Həyat Eşqi
Ziza və Edi
Ovçuluğu Sevən Sima