Haqqımızda

Limitsiz insanların inkişafına təkan vermək hər keçən gün daha da güclənən komandamızın ən başlıca məqsədidir.

Little girl in green dress stretching arms with closed eyes and

Hekayəmiz

Hekayəmiz 10 yaşlı autizm sindromlu bir qızla başladı və o gündən etibarən də çox güclü bir komandanı öz ətrafına topladı. Hər şeydən öncə həmin 10 yaşlı qız bizə insanların çox kiçik problemləri necə də böyük, aşılmaz əngəllərə çevirdiyini xatırlatdı. Halbuki, həmin qız  bizdən fərqli olaraq onu izləyən daimi bir sindroma sahibdi, amma bu ona əngəl olmağı bacarmır, çünki hər an həyata dair nələrsə öyrənməyə,  öyrəndiklərini isə insanlarla paylaşmağa can atır. Lakin onun mübarizə apara bilmədiyi yeganə əngəli autizmlə bağlı məlumatsız cəmiyyətin laqeydliyidir.

Məhz bu laqeydliyə görə  hal-hazırda onun dostları yoxdur, çünki getdiyi bütün əyləncə mərkəzlərində, parklarda  valideynlər öz uşaqlarını ondan uzaqlaşdırmağa çalışır. Eyni zamanda o, ictimai nəqliyyatdan da istifadə edə bilmir, çünki kriz anlarında sürücü başda olmaqla bir çox sərnişin onu yanlış anlayaraq ittiham etməyə başlayır.  Nəticədə isə bir daha  bunlara məruz qalmamaq üçün nəqliyyatdan istifadə edə bilmir. Bu problemləri anladığımız gün bütün sindromlu insanlara anlayışlı və hər an öz dəstəyini əsirgəməyəcək bir cəmiyyət formalaşdırmaq ən başlıca məqsədimizə çevrildi. Limitsiz insanların yeni dostlar qazanaraq sosiallaşması, ictimai nəqliyyatdan istifadə etməsi, sosial məkanlara rahatlıqla gedə bilməsi hər birimizin prioritetinə çevrildiyi halda artıq qeyd etdiyimiz örnək cəmiyyət formalaşmış olacaq.

Shy timid little girl covering face, feeling scared. Embarrassed female kid posing isolated with hands on her eyes, crying, feeling ashamed because mother telling her off. Baby playing hide and seek
haqqimizda-2

Nəinki bizim hekayənin qəhrəmanı onun timsalında bütün sindromlu uşaqlar cəmiyyətdə bənzər problemlərlə qarşılaşırlar. Bunun təsdiqi olaraq autizm sindromlu övladı olan 50 valideyn arasında sosial sorğu həyata keçirdik.  Nəticədə onlar da bu tərz problemlərin dəfələrlə yaşandığını bildirdi.

Limitsiz uşaqlar üçün ilk addımı atdığımız gün onların oyun metodu vasitəsilə sosiallaşa biləcəyi bir layihə planı hazırladıq.  Eyni zamanda cəmiyyətin sindromlarla bağlı daha çox məlumat alması məqsədi daşıyan layihəmiz Böyük Britaniyanın “Konflikt,  Sabitlik və Təhlükəsizlik” fondu tərəfindən qrant mükafatına layiq görüldü.

O andan etibarən isə

bizimlə eyni məqsədə sahib olan insanlar komandamıza dəstək olmağa başladı və hal-hazırda da həmin komandanın birgə fəaliyyəti əsasında bu platforma ərsəyə gətirilib. Cəmiyyətin müxtəlif sindromlu və fiziki məhdudiyyətli insanlara yaratdığı əngəlləri aradan qaldırmaq, onların yeni dostlar qazanaraq sosiallaşmasına dəstək olmaq, faydalı layihələrlə bütün limitsiz insanların inkişafına təkan vermək hər keçən gün daha da güclənən komandamızın ən başlıca məqsədidir.

haqqimizda-3

Komandamız

mirvari ağakişiyeva

Mirvari Ağakişiyeva

Ssenarist/yazıçı
naile photo

Nailə Həsənzadə

Uşaq İnkişaf Mütəxəssisi
Aynur şəkil

Aynur Zarrintac

Sosial layihə meneceri, Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi
Azizli Sura

Sura Əzizli

“Limitsiz Gələcək” veb platformasının təsisçisi
me photo

Zivər Əlizadə

“Limitsiz Gələcək” veb platformasının təsisçisi

Missiyamız

Limitsiz insanların real həyat hekəyələri vasitəsilə sindromlar və fiziki əlilliklə bağlı cəmiyyəti daha çox məlumatlandırmaq, sosial layihə və təlimlərlə inklüzivlik sahəsində inkişafa nail olmaq və bununla əlaqədar mövcud olan dünya təcrübəsini cəmiyyətə çatdırmaqdır.

Vizyonumuz

Prioriteti hər zaman sosial dəyər yaratmaq olan komandamızı böyük bir quruma çevirmək, tipik və atipik insanların birgə qarşılıqlı əlaqələr quracağı və onların müstəqil şəkildə öz ayaqları üzərində dura biləcəyi inklüziv cəmiyyəti yaratmaqdır.