Fiziki Əlillik

Fiziki əlillik nədir?

Fiziki əlillik insanın fiziki qabiliyyətinin və bəzi bədən funksiyalarının məhdudlaşması ilə özünü büruzə verən bir haldır. Fiziki əlillik yaranma səbəbinə görə 2 kateqoriyaya bölünür:

  1. İrsi /Anadangəlmə əlillik- İrsi ötürülən xəstəliklər nəticəsində fiziki əlillik meydana gələ bilər.
  2. Sonradan qazanılmış əlillik- Qəza, doğuş zamanı zədə alınması və ya əzələlərdə problem yaşanması, infeksiyon xəstəlik və ya tibbi bir əks təsir nəticəsində fiziki əlillik yarana bilər.

Statistika

Statistikaya görə hal-hazırda dünyada 1 milyarddan çox əlilliyi olan insan yaşayır. Bu isə ümumi dünya əhalisinin 15%-ni təşkil edir.(World Health Organisation)

Azərbaycanda isə rəsmi statistik mənbələrə əsasən qeyd edilir ki, 2020-ci ildə 630 mindən çox əlilliyi olan insan qeydiyyata alınıb.

Fiziki əlilliyin bəzi növləri:

Görmə məhdudiyyəti- Əlilliyin bu növü qismən və ya tam olaraq görmə qabiliyyətinin itirilməsidir.

Eşitmə məhdudiyyəti- Zəif eşitmə və tamamilə eşitmə qabiliyyətinin itirilməsi olaraq iki hissəyə ayrılır.

Nitq məhdudiyyəti- Üzvi və nevroloji səbəblərə görə dil və nitq qabiliyyətinin itirilməsidir

Lokomotor əlillik- Ayaqda olan əzələlər, sümüklər və oynaqlarla əlaqəli olaraq yaranan fiziki əlillikdir.

Dwarfism (Cırtdanlıq)- Bir insanın orta bədən hündürlüyündən daha qısa olması ilə xarakterizə olunan əlilliyin bir növüdür.

Serebral İflic- Dölün ana bətnində, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə MSS-in (mərkəzi sinir sistemi) müxtəlif səbəblərdən zədələnməsi nəticəsində yaranan bir haldır. Adətən, erkən uşaqlıq dövründə aşkarlanır və hərəkət pozuntuları ilə xarakterizə olunur. Hərəkət pozuntuları dedikdə isə iflic, əzələlərin boşalması, tarazlıq və nitq pozuntuları nəzərdə tutulur.

Əzələ Distrofiyası- Əzələ zəifliyinə və ümumi əzələ kütləsinin azalmasına səbəb olan irsi bir xəstəlik olaraq bilinir.

Xroniki Nevroloji Vəziyyətlər- (Alzhemir, Parkinson, Epilepsiya və s.)

Bloqlar

"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar
Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!
Daun sindromlu uşaqlarda yuxu problemi
Autizm Uğurumuza əngəl deyil!
Heç bir əngəl özümə olan inamıma əngəl ola bilməz!
Azərbaycanda autizmlə bağlı hansı səmərəli addımlar atıla bilər?

Bloqlar