Dondurma
Yayın qızmar günlərindən biri idi. Həyət yaşıl ağaclarla dolu idi. Hər tərəfdə uşaqlar oyun oynayırdı. Eləsi var futbol oynayırdı. Eləsi də var gizlənqaç oynayırdı. Uşaqlar çox şən idi. Mən isə dondurmaçının gəlməsini gözləyirdim.
Birdən dondurma arabasının zəng səsi gəldi. Bütün uşaqlar bu səsi tanıyırdı. Hamı ora getdi. Amma bir uşağın dondurmaya pulu yox idi və onun yanına gedib dedim:
– Al bu pulu özünə dondurma al. Mən evdə yemək yeyib gəlmişəm. İnsan pulunu itirsə də savabını itirməsin!
Müəllif: Əli Aslanov (9 yaş)