Category:

Ümumi

Astronauts in space camp

Möhtəşəm şeylərə cəsarət et. 1-ci hissə

  Bu yaxınlarda Mars planetinə göndərilən Persoverins kəşfiyyat aparatının üzərinə bu sözlər yazılmışdı:”Möhtəşəm şeylərə cəsarət et“. Yer kürəsindən 400 milyon kilometrdən uzaq bir planetə raket göndərmək həqiqətən çox cəsarətli addımdır. Bu həm də elmi-texniki tərəqqinin ən son nümunəsidir deyə düşünürəm. Elm və cəsarətlə qanadlanıb kainatın fəthinə əzm etmiş bəşər övladının ağlına, zəkasına heyran olmamaq sizcə mümkündürmü? Bu hadisə insanlığın inkişaf tarixində dönüş nöqtəsi, hətta elmi inqilab olmaqla bərabər, insanın ürəkdən istəyəcəyi və əzmlə çalışacağı təqdirdə ən ağlagəlməz və ən əlçatmaz

Continue reading ➝
otizm uzman

Autizmə Mütəxəssis Yanaşması

  Autizm spektri pozuntusu təxminən hər yüz nəfərdən birində öz təsirlərini büruzə verən, fərdlərarası sosial münasibətlər, dil və ünsiyyət bacarıqlarında pozğunluq, yaxud da təkrarlanan hərəkətlər kimi davranış problemlərinin müşahidə edildiyi tədricən inkişaf edən bir sindromdur. Autizm spektri pozuntuları, atipik autizm, asperger sindromu və yayğın inkişaf pozğunluğu (YİP) kimi üç alt qrupda təsnifləndirilir. Ümumiyyətlə, üç yaşından əvvəl özünü büruzə verən autizm simptomlarında diaqnozqoyma mərhələsində uşağın yaşıdları və böyüklərlə olan sosial əlaqə forması, ünsiyyət və nitq-danışıq bacarıqları, o cümlədən maraqlandığı sahələr tədqiq

Continue reading ➝
school-friend-bullying-sad-boy-school-corridor_107420-85198

Müəllimlər tərəfindən “yaradılan” bullinq

  Müəllimlər tərfindən “yaradılan” bullinq barədə məlumat almadan əvvəl, əlbəttə ki, biz bullinqin nə olduğunu bilməliyik. Bullinq nədir? Güc tətbiq edərək kimisə döymək və ya kimisə nəsə etməyə məcbur etmək. Bullinq sosial problemdir. Bu məktəblərdə, universitetlərdə, kurslarda və qruplarda tətbiq edilə bilər. Bullinqin qurbanları şagirdlər, uşaqlar, müəllimlər, yeniyetmələr, hətta qoca insanlar ola bilər. Bəlkə də Sizə maraqlıdır ki, necə dünyagörmüş bir insan bullinqə uğraya bilər. Səbəb isə sadədir. Gəlin hər şeyi ən başdan detalları ilə öyrənək.   Bullinqin əsas 3

Continue reading ➝
Безымянный

“Yaşamaq yanğısı”

  12 yaşım vardı. İki il idi ki, dünya işığından məhrum olmuşdum. Yayı keçirmək üçün əmimin bağ evinə köçmüşdük. Əmim uşaqları və qonşu bağdakı uşaqlar ilə yay günlərimiz şad-xurrəm keçirdi. Səhərdən axşama gah qonşu bağda, gah əmimgilin bağında oynayırdıq. Hər iki bağ bir-birindən hündür daş hasar ilə ayrılırdı. O hasar evləri, ailələri ayırsa da, qol-budaq atıb qucaqlaşan ağaclara, qayğısız uşaqlara, bir də mənim yaşamaq eşqimə çəpər ola bilməmişdi. Hasarın qapısı olmadığına görə hər iki tərəfdən üz üzə iki nərdivan qoyulmuşdu.

Continue reading ➝
asper 3

Asperger sindromu

  Asperger sindromu nədir? Asperger sindromu, autizm spektr pozuntusu neyroinkişaf problem lərindən ən yüngül olanıdır. Beyindəki anomaliyalardan qaynaqlanır, lakin bu dəyişikliklərə nəyin səbəb olduğu dəqiq bilinməməkdədir. Ən tipik əlamətləri sosial bacarıq əksikliyi, tək bir əşya və ya mövzuya aşırı maraq, təkrarlanan rutinlərdir. Asperger sindromunun müalicəsi yoxdur, lakin erkən diaqnoz və müdaxilə uşağın sosial əlaqə qurmasına, potensialını gerçəkləşdirməsinə, iş-peşə sahibi olmasına kömək ola bilər. Asperger sindromu diaqnozu qoyulan fərdlər ümumiyyətlə normal zəkaya (hətta yüksək İQ-yə) sahibdirlər.   Asperger sindromunun səbəbləri Beyindəki

Continue reading ➝
Stanley-Kubrick

Autizmli məşhurlar

Temple Grandin                                               3 yaş yarımına qədər tamamilə səssiz uşaq olan balaca Temple aldığı dərslərdən sonra axıcı formada danışmağa başlamışdır. Bununla belə, heyvanlara olan marağına görə zoologiya elmini öyrənmiş, hətta Kolorado universitetində professor-zooloq kimi çalışmışdır. 2010-cu ildə ekranlara çıxan “Temple Grandin” filmi isə elə onun öz həyatından bəhs edir. Temple Grandin 3 yaş yarımına qədər tamamilə səssiz uşaq olan balaca Temple aldığı dərslərdən sonra axıcı formada danışmağa başlamışdır. Bununla belə, heyvanlara olan marağına görə zoologiya elmini öyrənmiş, hətta Kolorado universitetində professor-zooloq

Continue reading ➝
50ea45a6-62ab-43cf-9a0c-6ab0167df441

Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!

          16 yaşlı oğlum Məhəmməd Asperger sindromludur. Bir çox insana məlumdur ki, aspergerli uşaqlarda normal göz kontaktı və nitq olduğu üçün bu autizmin daha yüngül forması hesab edilir. Mənim də oğlum vaxtında dil açdı, normal göz kontaktı qurdu və nəticədə asperger sindromu olduğunu çox gec başa düşdük. Davranışında müəyyən dəyişikliklər var idi, bəzi təkrarlanan hərəkətlər edirdi (saatlarla bir yerdə hoppanmaq kimi), ancaq təəssüf ki, uzun müddət müraciət etdiyimiz psixoloq hər şeyin normal olduğunu deyərək bizi arxayın

Continue reading ➝
Безымянный

Daun sindromlu uşaqlarda yuxu problemi

Bu mövzu niyə vacibdir? Daun sindromlu uşaqlarda digər yaşıdlarına nisbətən yuxu pozuntularına daha çox rast gəlinir və şübhəsiz ki, bu da bir çox problemin yaranmasına səbəb olur.  Məsələn, gündüz yuxulu olmaq, diqqət çatışmazlığı, hiperaktivlik və.s   Statistikalar nə deyir? Xarici tədqiqatların nəticələri göstərir ki, əgər tipik  inkişafda  olan uşaqların 9% -i yuxuya getməkdə çətinlik çəkirsə Daun sindromlu uşaqlarda bu göstərici 20%-dir. Bundan əlavə Daun sindromlu uşaqların  32%-də gecələr yuxudan oyanma (tipik inkişafda olan uşaqlarda – 10%), 17%-də isə erkən oyanma

Continue reading ➝
96f368a0-48c7-401f-b9ba-695cb9669d97

Autizm Uğurumuza əngəl deyil!

Haqqında danışacağım hekayənin qəhrəmanı Həsənov Uğurdur. Hal-hazırda 9 yaşı olan Uğurumuz autizm sindromludur. Uğur hələ 4 yaşında olarkən atası rəhmətə gedib. O vaxtdan anası Uğura tək baxırdı. Atası rəhmətə getdikdən sonra anasının sağlamlıq durumunda yaşadığı sarsıntılar və psixoloji travmalar nəticəsində isə anası ona baxa bilmədi. Ana nənəsi və mən, yəni xalası imkanımız daxilində həm maddi, həm mənəvi dayaq olmağa çalışırıq. Hazırda Uğurun davranışlarında irəliləyişlər olsa da, autizm sindromu bəzən özünü büruzə verir. Təhlükə nədir bilmədikləri üçün bu uşaqları çox yerdə

Continue reading ➝
5e51be14-f5bf-4bd2-8ba9-c5be04928967

Heç bir əngəl özümə olan inamıma əngəl ola bilməz!

Əvvəla bunu qeyd etmək istəyirəmki, insanlar üzərindən əngəlli və ya əngəlsiz olaraq, ayrıseçkilik etməyi müsbət qiymətləndirmirəm. Fiziki qüsurları olan insanlara acıyaraq yaxınlaşmağın və ya zaman-zaman nailiyyətlərinə baxıb, əlilliklərini vurğulayaraq, təriflər yağdırmağın düzgün olmadığını düşünürəm. Düşünürəm ki, fiziki vəziyyətimizdən asılı olmayaraq, hər birimizin qarşısına müəyyən çətinliklər çıxır. Ümid edirəm ki, bu gün sizinlə paylaşacağım hekayəm sizdə həyatın çətinlikləri qarşısında mübarizə aparmağı və o çətinliklərdə belə müsbət tərəfləri görməyi aşılayacaq. Mən, Yusifli Şəmşəd Maksim oğlu, 1 noyabr, 1995-ci ildə Ağdaş rayonunda anadan

Continue reading ➝