Category:

inkluziv – öndə görünənlər

Fidan Allahverdi (2)

Əngəlsiz düşüncə dünyanı xilas edəcək

Əngəlsiz düşüncə dünyanı xilas edəcək Siz bilirsiniz ki, insanın əsl dostu olması çox yaxşı haldır. Mənim əsl dostum var. Bu gün sizə onun haqqında danışacam. Onun adı Mədinədir. Düzdü çox insan ona qəribə baxır. Elə biri də sinif yoldaşım Ayseldir. Amma ürəyi möhtəşəmdir. Bir dəfə bir hadisə oldu. Deməli, müəlliməmiz bir günlük icazə vermişdi ki, hər kəs istədiyi ilə otura bilər. Mən Mədişlə oturdum. Çünki onunla maraqlı, gülməli söhbətlərimiz olurdu. Ancaq o daun sindromlu idi. Ola bilər ki, aranızda onun

Continue reading ➝
ferid

Muradın Həyat Eşqi

Muradın Həyat Eşqi – Ay bu gecə də çox parlaqdır. Necə də gözəl görünür. İşığı olmasa  idi indi qaranlıqda qalmışdıq. Əslində gördüyümüz ayın öz işığı deyil. Günəşin ay üzərindən əks olunan işığıdır. Biz gecələr də günəş işığı ilə aydınlanırıq. – Yaxşı Murad bu günlük sənin kosmik biliklərin kifayət edir. Gəl gedək. Həyət evlərinin arxası yay fəslində həmişə belə yığıncaqlara şahidlik edirdi. Murad və Ayxan uşaqlıqdan çox yaxın dost idi. Onlar birlikdə oyunlar oynayır, məhlənin ortası ilə uzanan uzun yol boyu

Continue reading ➝
Atilla öz şəkli (2)

İbişin son sözü

İBİŞİN SON SÖZÜ         Mən doqquzuncu küçədə yaşayıram. Düz küçənin ortasında, bizim evdən bir az aşağıda isə bir görmə məhdudiyyətli oğlan qalır. Onun adı İbaddır. Biz onu qısaca İbiş çağırırıq. Düzünü desəm, o görmə məhdudiyyətlidir deyə, bizdən başqa bütün uşaqlar onu lağa qoyurlar və onunla pis davranırlar. Çox hallar olub ki, mən görmüşəm ki, onu lağa qoyduqlarına görə o ağlayır. Amma buna baxmayaraq o çox gözəl nağıllar yazır. Bir dəfə o bizə dedi ki, yeni nağıl yazmaq istəyir, amma nə

Continue reading ➝
Dunay

Ziza və Edi

Ziza və Edi Bir uzaq qəsəbədə, kənar küçələrin birinin ətrafında yol boyu sıra ilə düzülmüş gözə çarpan çoxlu hündür fənərlər var idi. Bu fənərlər gecə evinə gec qayıdanların yolunu işıqlandırır, insanlara yol açırdı. Fənərlərin hər biri o birilərindən daha gözəl idi, onların işığı göz qamaşdırırdı. Bu fənərlər beləcə gözəl olsun, amma mən onlardan danışmayacağam. Deməli, bu fənərlər insanlara kömək etdiyi halda, yolun qırağında ardıcıllığı öz kölgəsi ilə pozan, oradan keçən insanların təəcübünə səbəb olan Edi adlı digər bir fənər də

Continue reading ➝
a1ee23ca-93f5-4c53-ba60-cee24b7d1a6d (2)

Ovçuluğu Sevən Sima

Mən məktəbdə oxuyanda mənimlə oxuyan bir qız var idi. Adı da Sima idi. Sima çox mehriban, səmimi amma həm də fərqli görünüşə sahib idi. Sonra bildim ki, Simanın həm gözləri zəif görür həm də Daun sindromludur. O fərqli görünsə də mən sinif yoldaşlarımla birlikdə onunla oyunlar oyanır və mehriban davranırdıq. Bir gün müəllimimiz  məktəbdə dedi: -Uşaqlar, başqa siniflərlə ox atma yarışı keçiriləcək kim istəyirsə iştirak edə bilər. O yarışa Sima da qatıldı. Başqa sinifdən olan uşaqlar bizə dedi: -Siz qoşulsanız

Continue reading ➝
WhatsApp Image 2021-01-13 at 00.40.38

Daun sindromlu bir insanın həyat hekayəsi

Əliyev Elçin daun sindromlu insandır. O, 2000-ci ildə sadə kasıb ailədə dünyaya göz açır. Onun valideynləri Elçinin daun xəstəliyi haqqında 6 aylığı olanda bilirlər. Elçin 6 aylıq olanda yüksək qızdırma ilə xəstəxanaya verilir. Elçin paralic keçirir və danışma qabiliyyətindən məhrum olur. Elçinin anasına çox təyziqlər olur ki, bu uşağı aparıb məhdudiyyətli uşaqlar üçün ayrılmış yerə versin. Lakin Elçinin anası oğlundan əl çəkmir və hər şeyə baxmayaraq anası onu böyük bir sevgi ilə böyüdür. Onu daun sindromlular üçün ayrılmış məktəbə yazdırır.

Continue reading ➝
WhatsApp Image 2021-01-12 at 21.40.55

Mənim başqa qalaktikalı dostum

Mənim başqa qalaktikalı dostum Bildiyiniz kimi bir çox qalaktikalar mövcuddur. Bunlardan biri də Andromedadır. Hamının bildiyi kimi bizim qalaktika olan Süd Yolunda (Yer planetində) həyat mövcuddur. Bu yaxınlarda Andromedada da həyat mövcud olub. Mən isə onlarla ilk əlaqə qurmuş insanam. Mənim yaratdığım radiodalğalar çox uzun məsafəyə çatdı. Qəribə səslər eşidirdim, kamera quraşdırmışdım. Qəribə insancıqlar gördüm. Onlar da bizim kimi qadın və kişi cinslərinə bölünmüşlər. Hər şeyləri bizə bənzəyirdi, amma bir şeydən başqa. Onlar çox qısaboylu idilər. Hətta bizim tanıdığımız sindrom

Continue reading ➝