Category:

İnkluziv hekayələr

Leyla sultanlı öz şəkli

Fatimənin hekayəsi

Fatimənin hekayəsi Bir dəfə daun sindromlu bir uşaq var idi. Onun adı Fatimə idi. Fatimə bir gün meşəyə gedib görür ki, orada bir it var. Fatimə itə yemək verdi və sonra da yerdə oturub itlə oyun oynadı. Birdə gördü ki, uzaqdan bir uşaq gəlir. Fatimə ayağa durub sevindi və onun adını soruşdu. – Sənin adın nədir? – Mənim adım Nərgizdir. Mənim yanımda oyucaqlar var. Fatimə dedi: – Nərgiz ay Nərgiz burada göl var ora gedək. Nərgiz və Fatimə getdilər. Birdən

Continue reading ➝
mikayıl öz şəkli

Ayı və Balıq

Ayı və Balıq Bir ayı var idi. Onun caynağı çox zəif idi. O, balıq tuta bilmirdi. Bütün ayılar ona gülürdü. Ona həmişə anası yemək verirdi. O qərara gəlir ki o balıqla dost olsun. Bir də görür ki, bir balıq üzür. O dedi: – Balıq, gəl dost olaq. O da razılaşır. Bir dəfə ayı gölə düşür. O balığı çağırır ki, ona kömək etsin. Balıq onu itələyə bilmədi. O tez-tez üzdü və öz dostunu çağırdı. Onlar sudan ayını itələyib çıxartdılar. Müəllif: Mikayıl

Continue reading ➝
orucov sübhan öz şəkli

Daun Sindromu

Daun Sindromu Ülvi və Malik qardaş idi. Ülvi daun sindromlu idi. O, sadəcə gülümsəyir, yalan danışa bilmir. Bir gün isə Malik dərin quyuya düşür. Ülvi qaçaraq insanlardan kömək istəyir, amma Ülvi gülümsədiyinə görə heç kim ona inanmır. Ülvi geri dönüb getmək istədikdə Kamal Ülviyə deyir: – Sənə kömək lazımdır? Ülvi dedi: Bəli, mənim qardaşım quyuya düşüb və çıxa bilmir. Kamal dedi: – Həmin yer haradadır? Ülvi ona yolu göstərdi və getdilər. Kamal o dəqiqə quyuya girdi Maliki çıxardıb sonra özü

Continue reading ➝
ayhan

Orxanın hekayəsi

Orxanın hekayəsi Biri var idi biri yox idi. Balaca bir şəhərdə bir oğlan yaşayırdı. Onun adı Orxan idi. Orxan həyatı sevən, şən, mehriban, çox hərəkətli bir oğlan idi. Bir gün Orxan qəzaya düşdü, Orxanın çox çətin və əziyyətli günləri başladı. Orxanın sağ çıxması möcüzə idi. Orxan gözlərini bir neçə həftədən sonra xəstəxanada açdı. Həyat ona yeni möcüzə vermişdi. O sağdı. Lakin Orxan ayaqlarını hiss etmirdi. Həkim ona demişdi ki, daha yeriyə bilməyəcəksən. Orxan uzun müddət bununla barışa bilmədi. Orxan bir

Continue reading ➝
Məhəmmədin əl işi

Nemo

Nemo Nemo kiçik bir okeanda tası və anası ilə yaşayırdı. Nemonun 7 yaşı olandan 1-2 həftə sonra anası və atası ona ov ovlamağı öyrətmişdi. Bir gün birdən onların qabağına bir köpək balığı çıxdı. Nemonun atasını və anasını yedi. Nemonun bir üzgəci yaxşı inkişaf etmədiyinə görə köpək balığından qurtulması onun üçün çox çətin oldu. Bütün balıqlar Nemoya gülür, ona lağ edirdilər. Bir gün yenə Nemo və dostu okeanın yüzeyinə çıxmışdı. Birdən onlar böyük, iri b ir gəmi gördülər. O gəminin üstündə

Continue reading ➝
həsənzadə sibel öz şəkli

Yeni Dost

Yeni Dost Bu gün səhər yeməyindən sonra məhəlləmizə çıxdım. Oradakı dostlarıma dedim ki, “uşaqlar, gəlin gizlənqaç oynayaq”. Biz yığışdıq, amma Ayşən biraz gecikdi çünki yanında bir qız var idi. Ayşən ona zorla gəl dediyinə görə gecikdi. Qızdan “adın nədir?” soruşduma, amma cavab vermədi. Ayşən onun eşitmə məhdudiyyətinin olduğunu dedi. Mən isə “Aaa” dedim. Ayşəndən onun adının nə olduğunu soruşdum. O da adının Elif olduğunu dedi. Ayşəndən bəs onunla necə danışa biləcəyimi soruşdum. Ayşən dedi ki Elif işarət dili ilə danışır.

Continue reading ➝
aslanov sadiq öz şəkli (3)

İskəndər

İskəndər 1430-cu ildə Qayır kəndində İskəndər adlı uşaq doğuldu. O 9 ayınadək heç bir əşyaya toxunmamışdı. İlk toxunduğu əşyalar isə ox və yay olmuşdu. İskəndər 2 aylıq olarkən atası Roma kralı tərəfindən qılıncla vurulub şəhid oldu. Ona anası və nənəsi, babası silahlara əl vurmağa icazə vermədilər. Lakin o gizlicə ox atırdı. Gələcəkdə nələr olacağını 4 yaşlı uşaq biləməzdi. Bir gün İskəndər Roma kralını görüb atasına olanları xatırladı. Kralın yanındakı 2 əsgərin başına daş atdı. Onları bayıldıb kralı taxta ilə vurub

Continue reading ➝
aslanov əli öz şəkli (3)

Dondurma

Dondurma Yayın qızmar günlərindən biri idi. Həyət yaşıl ağaclarla dolu idi. Hər tərəfdə uşaqlar oyun oynayırdı. Eləsi var futbol oynayırdı. Eləsi də var gizlənqaç oynayırdı. Uşaqlar çox şən idi. Mən isə dondurmaçının gəlməsini gözləyirdim. Birdən dondurma arabasının zəng səsi gəldi. Bütün uşaqlar bu səsi tanıyırdı. Hamı ora getdi. Amma bir uşağın dondurmaya pulu yox idi və onun yanına gedib dedim: – Al bu pulu özünə dondurma al. Mən evdə yemək yeyib gəlmişəm. İnsan pulunu itirsə də savabını itirməsin! Müəllif: Əli

Continue reading ➝
öz şəkli

Vasif

Vasif Həyətdə bir uşaq yaşayır. Adı Vasifdir. Onun görmə məhdudiyyəti var. Uşaqlar həmişə onu ələ salırlar. Onlar onun qohumlarına təhqiramiz sözlər yazırlar. Sonra Vasifə yalandan deyirlər ki, ekranın qırağına bassın ki, musiqi qoşulsun. Ekranın qırağına basanda o təhqiramiz sözlər onun qohumlarına göndərilir. Vasif isə ekranın qırağına basanda uşaqlardan biri öz telefonunda musiqi qoşur. Sonra isə onun yaxınları onu danlayırlar. Vasifin heç vaxt ağlına gəlməzdi ki, uşaqlar onu ələ salırlar. Bir gün Vasifin qardaşı onların Vasifi ələ salmağını görüb onları danladı.

Continue reading ➝
ağanisə əlizadə öz şəkli

Şəfiqə və dostları

Şəfiqə və dostları Biri var idi biri yox idi. Bizim kənddə Şəfiqə adlı bir qız var idi. Bu qız çox gözəl idi. O görə bilməsə də ətrafındakı səsləri və hərəkətləri hiss edirdi. Onun ətrafındakı dostları ona həmişə kömək edirdilər və qayğı göstərirdilər. Başqa uşaqlar onu incidəndə qoruyurdular. Şəfiqə dostlarını görməsə də onların necə mehriban, qayğıkeş olduğunu bilirdi. Müəllif: Ağanisə Əlizadə (9 yaş)

Continue reading ➝