Category:

Fiziki əlillik

Безымянный

“Yaşamaq yanğısı”

  12 yaşım vardı. İki il idi ki, dünya işığından məhrum olmuşdum. Yayı keçirmək üçün əmimin bağ evinə köçmüşdük. Əmim uşaqları və qonşu bağdakı uşaqlar ilə yay günlərimiz şad-xurrəm keçirdi. Səhərdən axşama gah qonşu bağda, gah əmimgilin bağında oynayırdıq. Hər iki bağ bir-birindən hündür daş hasar ilə ayrılırdı. O hasar evləri, ailələri ayırsa da, qol-budaq atıb qucaqlaşan ağaclara, qayğısız uşaqlara, bir də mənim yaşamaq eşqimə çəpər ola bilməmişdi. Hasarın qapısı olmadığına görə hər iki tərəfdən üz üzə iki nərdivan qoyulmuşdu.

Continue reading ➝