Autizmli məşhurlar

Temple Grandin                                              

3 yaş yarımına qədər tamamilə səssiz uşaq olan balaca Temple aldığı dərslərdən sonra axıcı formada danışmağa başlamışdır. Bununla belə, heyvanlara olan marağına görə zoologiya elmini öyrənmiş, hətta Kolorado universitetində professor-zooloq kimi çalışmışdır. 2010-cu ildə ekranlara çıxan “Temple Grandin” filmi isə elə onun öz həyatından bəhs edir.

Volfqanq Amadey Motsart

İlk autizm diaqnozu Motsartın ölümündən  200 il sonra qoyulsa da , bir çox  ekspertin elmi araşdırması nəticəsində dünyaca məşhur bəstəkarın Turet-Asperger əlamətləri daşıdığı öyrənildi. Motsart dünyanın ən yaxşı bəstəkarlarından qəbul edilməklə yanaşı, onun əsərləri hələ də klassik musiqinin mükəmməl nümunəsi sayılır.

Satoshi Tajiri

Satoshi Tajiri siyahının bəlkə də ən məşhuru deyil , amma ən çox satılan oyunlardan biri olan və daha sonra da cizgi filminə çevrilən “Pokemon”-un yaradıcısıdır.  Asperger diaqnozu qoyulan Tajiri uşaqlığını “Nintendo”-nun oyunları (yapon oyun konsolu) ilə keçirmişdir. Daha sonra Pokemonu yaradan Satoshi Tajiri qısa bir müddətdə  kitabı, filmi və məhsullarının çox böyük rəğbət qazanması ilə məşhur şəxslərdən birinə çevrilmişdir.

Emily Dickinson

Emili Dikinson dünyada ən yaxşı şairələrdən biri olaraq qəbul edilir. Epilepsiya xəstəliyi olduğu bilinsə də az bilinən faktlara görə onun autizm sindromlu olması iddia olunur.

Andy Warhol

Pop art-ın yaradıcısı hesab olunan Andy-yə həyatı boyunca autizm diaqnozu qoyulmamış olsa da Motsart və Eynşteyin kimi məşhur sənətçilərin autizm əlamətləri daşıdığı bilinən bir faktdır. Belə ki, obsessiv davranışları, sənətə baxışı və insanlarla ünsiyyətə girməyə çalışanda qarşılaşdığı problemlər onu ən yaxşı sənətçilərdən biri etməklə bərabər, həm də Asperger sindromlu olmasını bir daha sübut edir.

Dr. Vernon Smitch

Sosial heç bir təzyiq hiss etmədiyini söyləyən Dr. Smitch hadisələrə çox fərqli bucaqdan baxaraq autizmi öz tərəfindən yararlı hala çevirmişdir. Amerikalı iqtisadçı Dr. Smitch 2002-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Susan Boyle

Utancaq, fərqli görünüşlü və orta yaşlı şotland qadın bir gün “Britains Got Talent” yarışmasına qatılır və birdən-birə bütün dünya onun haqqında danışmağa başlayır.  Həyatı boyunca Asperger sindromlu olaraq yaşayan Susan, həmin yarışmadan sonra 14 milyondan çox albom sataraq dünyanın ən bəyənilən səslərindən birinə çevrilir.

Anthony Hopkins

The silence of Lambs və bir çox ikonik filmlərin aktyoru olan Oskar mükafatlı  Anthony Hopkins müsahibələrində Asperger sindromlu olduğunu bildirmişdir. Bu səbəbə görə aktyorun uşaqlıq və gənclik illərində çox az dostu olmuş və demək olar ki, heç bir partiyə getməmişdir. Lakin bütün bunlara baxmayaraq dünyaca məşhur aktyora çevrilməyi bacarmışdır.

Antoni İanni

Antoni İanni məşhur bastekbolçudur. Antoni İanni-ə ilk dəfə autizm diaqnozu qoyulanda həkimlər idmançının ailəsinə oğullarının həyatı boyunca uğur əldə edə bilməyəcəyini söyləmiş, heç bir zaman məktəbi bitirə bilməyəcəyini və idmançı olmağı bacarmayacağını bildirmişdir. Bunun  əksinə həkimlərin sözlərini qəbul etməyən İoanni , ailəsinin də dəstəyi ilə “National Championship”-i qazanan ilk autizmli idmançı olmuşdur.

Daryl Hannah

Rollarında əla performans göstərən və 80-ci illərin ən böyük ulduzlarından biri olmağı bacaran Daryl Hannah bir Asperger sindromlu idi. Buna baxmayaraq öz cəhdlərindən əl çəkmədi və bir neçə məşhur filmdə rol oynadı. Eyni zamanda ekoaktivist olan Hanna bu günlərdə xalqa açıq yerlərdə autizmli olmağın  çətinlikləri haqqında danışmaqda da aktiv iştirak edir.

Dan Aykroyd

Bir Emmi mükafatı sahibi olan Kanadalı aktoyr  Dan Aykroyd məşhur komediya filmi “Ghostbuster”-ın baş rol ifaçısı kimi tanınır. Nizam-intizamdan kənar davranışlarına görə kiçik yaşlarında məktəbdən qovulan Dan qeyri-adi hadisələrə daima maraq göstərmişdir. Bu hadisələrə olan marağı onu gələcəkdə bu mövzuda çəkilmiş ən yaxşı filmdə baş rol oynamağından əlavə bir çox filmdə uğurlu rol almağına səbəb olmuşdur.

Stanley Kubrick

Stanley Kubrick 17 yaşında “Look” jurnalında foto-müxbir kimi işə başlamış və 48 illik kariyerasına 16 film sığışdıra bilmişdir. Hər filminə isə öz uşaqları kimi yanaşmasaydı bəlkə də biz onu “Sinemanın Nitşesi” kimi tanıya bilməyəcəkdik. ” 2001: A Space Odyssey”, ” A clockwork orange” kimi filmlərin rejissoru olan Kubrikin Asperger sindromlu olduğu iddia edilir. Bəlkə də elə buna görə filmlərində həddindən artıq detallılığı hiss edə bilərik.

Sözügedən şəxslərdən əlavə Eynşteyn, Tesla, Nyuton, Darvin, Alfred Kinsey kimi alimlər, Tim Burton, S. Kubrik kimi rejissorlar, H.P. Lovecraft , James Joyce kimi yazıçılar və Van Qoq, Mikalencolo kimi rəssamların da autizmin bəzi əlamətlərini daşıdığı iddia edilir.

Müəllif: Anar Salahov

Mənbə:

https://www.lifehack.org/

http://www.derincocuk.com/dunyaca-unlu-27-otistik/
https://onedio.com/ara
https://www.innfinity.in/tr/s%C4%B1n%C4%B1rs%C4%B1z/otizmi-olan-%C3%BCnl%C3%BC-insanlar/

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

"Yaşamaq yanğısı"
Asperger sindromu
Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!
Daun sindromlu uşaqlarda yuxu problemi
"Yaşamaq yanğısı"
Asperger sindromu