Autizm Spektr Pozuntusu

ASP nədir?

Autizm – səbəbi bəlli olmayan neyro-psixoloji inkişaf pozuntusudur. Əksərən 2-3 yaşdan başlayaraq nitqdə, ünsiyyətdə, davranışlarda yaranan problemlərlə özünü büruzə verir.

Statistika

Heç kimə sirr deyil ki, bütün dünyada autizmli uşaqların sayı durmadan artır. ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin (Center for Disease Control and Prevention) göstəricilərinə görə, əgər 2000-ci ildə hər 1000 uşaqdan 150-nə autizm spektr pozğunluğu (ASP) diaqnozu qoyulurdusa, artıq 2014-cü ildə hər 1000 uşaqdan 68-də bu sindrom müəyyən edilirdi. 2020-ci ildə isə hər 54 uşaqdan 1-nə autizm sindromu diaqnozu qoyulur. Dünya üzrə ümumi statistikaya əsasən isə hər 160 uşaqdan 1-də autizm spektr pozuntusuna rast gəlinir.

Təəssüf ki, ölkəmizdə bunla bağlı rəsmi statistika mövcud deyil. İlk növbədə müxtəlif səbəblərə görə ailələr bu sindromu gizlədir və ya kifayət qədər məlumatlı deyil.  Bəzən isə uşaqlara yanlış diaqnoz qoyulur və fərqli adlarla qeydiyyat aparılır. Qeyri-rəsmi statistikaya görə isə hazırda ölkəmizdə 6 min nəfərə yaxın autizmli fərd mövcuddur.

Autizm və Beyin

İnsan təxminən 100 milyard neyronla doğulur.

İlk 3 ildə beyində hər saniyədə 700 sinapsis (sinir bağlantısı) yaranır. 3 yaşından sonra isə çox istifadə olunan sinir bağlantıları daha da möhkəmlənir və istifadə olunmayan bağlantılar “budanmağa “ başlayır.

Mütəxəssislər hesab edir ki, ASP-li uşaqlarda bu proses düzgün getmir və bu da informasiyaların beyində lazımi şəkildə paylanmasına maneə yaradır.

Aparılan tətqiqatlara görə autizm sindromlu uşaqların 31%-də zehni gerilik, 25%-də orta zəka,  44%-də isə üstün zəka qeydə alınmışdır. https://www.autismspeaks.org/autism-statistics

Autizmin yaranma səbəbi nədir?

Həkimlər autizmin yaranma səbəbinin irsi faktorlara görə olduğunu bildirsələr də hansı gen və ya genlərin buna səbəb olduğu barədə dəqiq sübutlar yoxdur. Eyni zamanda  ətraf mühitin də autizmə yol aça biləcəyi ilə bağlı fikirlər mövcuddur. Lakin hər növ fərqli coğrafiyada, irq və ailədə autizm spektr pozuntusuna rast gəlmək mümkündür. Hal-hazırda bu sahədə tətqiqatlar davam edir və hələ də autizmin yaranma səbəbləri barədə dəqiq məlumat yoxdur.

Autizm Spektr Pozuntusunun daha çox özünü göstərdiyi tipləri:

  • Asperger sindromu (ASP-nin ən yüngül fazası)
  • Uşaqlığın Dezinteqrativ Pozuntusu ( Heller sindromu)
  • Kanner sindromu
  • Rett sindromu

ASP-nin Əsas Əlamətləri

Sosial əlamətlər:

  • Sosial münasibətlərdə pozuntu
  • Yeni insanlara və yeni mühitə uyğunlaşa bilməmək
  • Göz təmasının qurulmaması
  • Adı ilə müraciət edildikdə cavab verməmək
  • Məcazi, ikili məna daşıyan ifadələri anlamamaq

Kommunikativ əlamətlər:

  • Nitq pozuntusu
  • Exaloliya (eyni sözü dəfələrlə təkrarlamaq)
  • Mimika və jestləri anlamamaq

Stereotip əlamətlər:

  • Təkrarlanan fiziki davranışlar ( əl çalmaq, irəli-geri getmək, tullanmaq, fırlanmaq və.s)
  • Daimi rutinlər və bunların pozulması zamanı aqressivlik (məsələn, hər gün eyni stulda oturmaq, otaqdakı əşyaların həmişə eyni vəziyyətdə qalması və.s)

Müalicəsi: Autizm Spektr Pozuntusunun dərman müalicəsi mövcud deyil.Yalnızca lazımi psixoloji dəstək və sosial aktivliklə inkişaf yolunda uğurlu nəticələr əldə etmək mümkündür.

QEYD

Autizm Spektr Pozuntusunun bir çox ümumi əlamətləri olsa da hər bir autizmli fərd fərqlidir və bu əlamətlər də fərqli şəkildə özünü göstərir. Bununla yanaşı, erkən yaşdan düzgün diaqnozun qoyulması, lazımi dəstəyin göstərilməsi böyük inkişafa yol açacaqdır!

Bloqlar

"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar
Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!
Daun sindromlu uşaqlarda yuxu problemi
Autizm Uğurumuza əngəl deyil!
Heç bir əngəl özümə olan inamıma əngəl ola bilməz!
Azərbaycanda autizmlə bağlı hansı səmərəli addımlar atıla bilər?

Bloqlar