Autizm haqqında baxılmalı filmlər

 

  1. Rain Man

Film Çarli adlı maşın satıcısının atasının ölümü ilə başlayır. Uzun müddət görüşmədiyi atasından qalan 3 milyon dollarlıq mirasdan sadəcə bir maşın əldə edən Çarli autizm sindromlu Reymon adlı bir qardaşının olduğunu öyrənir. Çarli qalan bütün mirasın böyük qardaşına çatacağını öyrəndikdən sonra Reymondun qaldığı xəstəxanaya üz tutur. Reymondu da özü ilə götürüb xəstəxanadan çıxan Çarli atasının pullarını əldə etmək üçün çıxış yolları axtarmağa başlayır. Bundan sonra qardaşların birlikdə uzun səyahəti başlayır və bu səyahət Çarlinin qardaşına olan münasibətini dəyişdirir.

  1. Forrest Gump

Çətin dərketmə problemi olan Forrest anasının dəstəyi ilə yaşamağa tutunur və uşaqlığını tək dostu olan Cenni ilə keçirir. Gənc yaşlarında Forrest orduda xidmət edərək Vyetnam müharibəsinə qatılır. Orada Den və Bubba kimi yeni dostlar qazanan Forrest müharibədən sonra xüsusi orden ilə təltif olunur. Filmdə Forrest əqli problemlər yaşayan biri kimi təsvir olunsa da, o dəniz məhsulları satan kiçik bir şirkət quran, sosial yardımlar edən, bir neçə dəfə ölkə prezidenti ilə görüşən və insanları qaçmağa motivasiya etməyi bacaran biridir. Lakin bütün bunlar Forrestin uşaqlıq sevgisi Cennidən çox uzaqdır. Nəticə olaraq, Forrestin sübut etməyə çalışdığı şey hər kəsin sevə bilməsidir.

 

  1. Silent Fall

Tim adlı autizm sindromlu bir uşaq valideynlərinin öldürülməsinə şahid olur. Uşaq psixoloqu olan Ceyk Reyner məsələni aydınlaşdırmaq üçün Timin zehnini araşdırmağa başlayır. Ceyk bu araşdırmaya Timi cinayətlə əlaqədar gördüyü şeyləri danışmağa razı salmaqla başlayır. Timin bacısı Silviya Ceykin keçmiş xəstələrindən olan bir uşağın ölümünü öyrəndikdən sonra narahatlıq keçirsə də, daha sonra psixoloqun Timi danışdırması ilə bağlı cəhdlərinə qoşulur. Ceykin bu səylərindən sonra Tim yavaş-yavaş danışmağa başlayır.

 

  1. Radio

Film 23 yaşında anası ilə birlikdə yaşayan Radio Kennedinin hekayəsindən bəhs edir. Radio zamanını yaşadığı qəsəbədə yerdən tapdığı əşyalarla oynayaraq keçirən, düşünmə qabiliyyəti zəif inkişaf etmiş bir oğlandır. Radio bir neçə dəfə yerli basketbol komandasının məşqlərinə kənardan tamaşa edir. Bir dəfə isə məşqləri izləyərkən meydandan kənara çıxan topu götürərək qaçır. Daha sonra komandanın məşqçisi olan Cons Radionu öz yanına köməkçi olaraq götürür. İkilinin kəsişən yolları məşqçi Jonsun Radionu həyata qaytarması ilə davam edir.

 

  1. Mozart and the Whale

Film Asperger sindromlu iki insanın həyatından ilhamlanaraq çəkilib. Bunlar taksi sürücüsü işləyən Donald və onun liderlik etdiyi Asperger sindromlu insanların toplaşdığı cəmiyyətə yeni qoşulan İzabelladır. Donald quşları sevən və rəqəmlərə xüsusi marağı olan biridir. İzabella isə gözəl, amma bir qədər də qarışıq xarakterli biridir. Zaman keçdikcə bir-birini sevməyə başlayan gənclərin həyatı bununla da dəyişməyə başlayır.

 

  1. Autism: The Musical

5 autizmli uşaq Henry, Wyatt, Neal, Adam ve Lexi məktəblərində müəllimlərinin və ailələrinin dəstəyi ilə bir muzikal qrupu qururlar. Film həm autizm sindromlu uşaqlar, həm də onların valideynləri haqqındadır və sənədli film olaraq “Autizm sindromlu bir uşaqla necə ünsiyyət qurula bilər?” kimi sualları cavablandırmağa çalışır. Həmçinin valideyn dəstəyinin autizm sindromlu uşaqların həyatında böyük rolunun olduğunu nümayiş etdirir.

 

  1. The Horse Boy

Sənədli film olan “The Horse Boy” ənənəvi üsullarla müalicələrə cavab verməyən autizm sindromlu Rouenin həyatından bəhs edir. Valideynləri Rupert və Kristen müalicələrə cavab verməyən Rouen üçün müxtəlif yollar axtararkən uşağın atlarla ünsiyyət  zamanı yaxşılaşdığını öyrənirlər. Bu səbəbdən ailə Texasdan Monqolustana uzanan bir səyahətə çıxır.

 

  1. Temple Grandin

Film Autizm sindromlu qadın Templ Qrandinin həyat hekayəsindən bəhs edir. Ailəsi və ətrafındakı şəxslər tərəfindən yanlış qiymətləndirilən Templ xalasının at fermasına yollanır. Eyni zamanda universitet dərslərində də müxtəlif sahələrdə fərqlənmələr göstərən Templ heyvanların baxımında xüsusi metodlar kəşf edir. Grandin heyvan baxımında yenilikçi biri kimi özünü sübut etməyi bacarır.

 

  1. Mary&Max

Adını çəkdiyimiz animasiya filmi bir-birini tanımayan iki şəxsin məktublaşmasından bəhs edir. Onlardan biri Avstraliyada yaşayan Meridir. Meri bir gün poçt idarəsində telefon kitabçasından adlara baxarkən oradakı adamlardan birinə məktub yazmaq qərarına gəlir. Bu adam Asperger sindromlu 44 yaşlı Maks Horovitz olur. Merinin yazdığı məktubu oxuyan Maks cavab məktubu yazmaq qərarına gəlir. Beləcə, bu iki şəxs davamli olaraq, məktublaşmağa başlayırlar. Animasiyanı maraqlı edən məsələ isə onların məktublaşarkən toxunduqları mövzular olur.

 

Müəllif: Anar Salahov

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Möhtəşəm şeylərə cəsarət et. 1-ci hissə
Autizmə Mütəxəssis Yanaşması
Müəllimlər tərəfindən “yaradılan” bullinq
"Yaşamaq yanğısı"
"Yaşamaq yanğısı"