Əngəlsiz düşüncə dünyanı xilas edəcək

Əngəlsiz düşüncə dünyanı xilas edəcək

Siz bilirsiniz ki, insanın əsl dostu olması çox yaxşı haldır. Mənim əsl dostum var. Bu gün sizə onun haqqında danışacam. Onun adı Mədinədir. Düzdü çox insan ona qəribə baxır. Elə biri də sinif yoldaşım Ayseldir. Amma ürəyi möhtəşəmdir. Bir dəfə bir hadisə oldu. Deməli, müəlliməmiz bir günlük icazə vermişdi ki, hər kəs istədiyi ilə otura bilər. Mən Mədişlə oturdum. Çünki onunla maraqlı, gülməli söhbətlərimiz olurdu. Ancaq o daun sindromlu idi. Ola bilər ki, aranızda onun görünüşünü görmək istəyənlər var. Mən indi sizə deyərəm. Onun qulaqları, üzü, burnu və əllərində çeçələ barmaqları balaca və yastıdır. Gözləri çəkikdi. Gözlərinin elə gözəl rəngi var ki, gəl görəsən. Nəysə gəlin hadisənin davamını deyim. Ayselin nədənsə Mədişdən xoşu gəlmir. Mən ona bu düşüncəsinə görə hirsli idim. Bir dəfə mən Mədişlə danışanda Aysel gəlib onun saçını dartdı. Mən ona hirsli nəzərlərlə baxıb dedim ki, heç utanmırsan?! O da dedi ki, bəyəm utanmalıyam?! Sən onun görünüşünü görmüsən? Demişdim ki, hə. O da demişdi ki onun üzünü görüb hələ də onunla dostsansa sən dəlinin yekəsisən. Mən də hirsimdən qıp-qırmızı olub az qaldım ki, onu döyəm. Amma Mədinə dedi ki, səbirli olum.Elə o andaca ağlıma əla fikir gəldi. Uşaqlarla danışıb qərar aldıq. Deməli, mən bilirdim ki, o hər kəsə lağ edir, heç kimə inanmırdı. İnansa-inansa ancaq bizim sinifə inanar. Səhər Mədişə lağ edən Aysel gəldi. Biz planımızı həyata keçirirdik. O necə Mədişə baxırdısa biz də ona elə baxırdıq. Böyük tənəffüs zəngi çalınanda o yanımıza gəlib dedi ki, mənə niyə belə baxırsınız? Biz də dedik ki, sən Mədinə kimi olmusan. O dəli oldu. Sonra dedik ki, sən ondan da betərsən. O az qalırdı ki, ağlasın. Mən dedim ki, bizdən incimə, amma mən etiraf edirəm ki, bu bizim planımız idi və biz istəyirdik ki, sən özünü Mədişin yerinə qoyasan, biləsən ki, ona necə pis təsir edirsən. O, bizi qucaqladı və dedi ki, başda Mədinə olmaqla hər kəsdən üzr istəyirəm. Əlbəttə ki, biz onu bağışladıq və birlikdə tortla çay içdik, həyətdə oynadıq.

Ancaq mən biraz pis idim. Çünki daun sindromlu uşaqlarla pis davranan yalnız bir adamın fikrini dəyişmişdim. Kaş ki, bütün dünya fikrini dəyişərdi. Amma mən bunun düzələcəyinə inanıram. Əsas odur ki, düşüncəmiz məhdudiyyətli olmasın.

Müəllif: Fidan Allahverdi (11 yaş)

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Muradın Həyat Eşqi
İbişin son sözü
Ziza və Edi
Ovçuluğu Sevən Sima
Muradın Həyat Eşqi
İbişin son sözü
Ziza və Edi
Ovçuluğu Sevən Sima